Bakıda yük maşınlarının etiraz edərək yolu bağlamasına görə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin şöbə rəisi işdən çıxarılıb.
Defakto.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iclas keçirib.
Nazir baş verən hadisə ilə bağlı araşdırma qrupu yaradıb. Rəşad Nəbiyev insidentə görə AYNA-nın sədri Anar Rzayevə xəbərdarlıq edib, qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyevi isə vəzifəsindən uzaqlaşdırıb.