Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusa yoluxduğu müddətdə onunla əlaqə saxlayan ölkə başçılarından danışıb.
Defakto.az məlumatına görə, ölkə başçısı ona və yoldaşı Əminə Ərdoğana sağlamlıq diləklərini çatdıran ölkə liderlərinə zəng sıralamasına görə təşəkkür edib.
Ərdoğan ilk olaraq Azərbaycan prezidenti İlham Əliyevin adını çəkib.
“Zəng sıralamasına uyğun olaraq şəxsən bizə sağlamlıq arzularını çatdıran Azərbaycan Prezidenti cənab Əliyevə, İraqın Baş naziri cənab Kazimiyə, İsrail Prezidenti cənab Herzoqa, Şimali Kipr Türk Respublikasının Prezidenti cənab Tatara, Türkmənistan Prezidenti cənab Muhammədova, İran Prezidenti cənab Rəisiyə öz adımdan və xalqım adından təşəkkürümü bildirirəm. Həmçinin mesaj və məktubla sağlamlıq arzularını çatdıran 26 ölkənin və beynəlxalq təşkilatların nümayəndələrinə təşəkkürümü bildirirəm”.