Səhiyyə naziri Teymur Musayev Azərbaycanda koronavirusa yoluxan şəxslərin karantin müddətinin 7 günə endirilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Defakto.az xəbər verir ki, o, bu barədə Azərbaycanda epidemioloji vəziyyətlə bağlı keçirdiyi mətbuat konfransında danışıb.
““Omicron” ştamına yoluxan şəxsin simptomları 2 günə üzə çıxır, 5 gündən sonra isə o ətrafı yoluxdurmur. Ona görə bu müddət 7 günə endirilib. Burada hər şey məntiqlidir”.