Oqtaydan Natavana: ” Yaşıdları xalq və əməkdar artistlərdir, onun isə “qramota”sı yoxdur” | DEFAKTO.AZ Oqtaydan Natavana: ” Yaşıdları xalq və əməkdar artistlərdir, onun isə “qramota”sı yoxdur” – DEFAKTO.AZ

Oqtaydan Natavana: ” Yaşıdları xalq və əməkdar artistlərdir, onun isə “qramota”sı yoxdur”

86

Müğənni Natavan Həbibi ilə “SOY” prodakşının rəhbəri Oqtay Əliyev arasındakı qalmaqal böyüyür.

Defakto.az xəbər verir ki, Oqtay Əliyev Həbinin ona qarşı ünvanladığı “Azərbaycan incəsənətinə ən böyük zərbələr vuran ailə” sözlərinə sərt reaksiya verib. Prodüser ailə üzvlərinin hər birinin incəsənətə xidmətləri müqabilində fəxri adları olduğunu və Natavanın bu ittihamını qəbul etmədiyini bildirib:

“Bizim ailədə 5 nəfər var. Onlardan ikisi Xalq artisti, ikisi Əməkdar artist, biri də Əməkdar incəsənət xadimidir. Hansı ki, bu adlar mədəniyyətin inkişafındakı müstəsna xidmətlərə görə cənab prezident İlham Əliyev tərəfindən verilib. Prezidentin qiymət verdiyinə Natavanın bir söz deməsi bizim üçün plintusdan da aşağıdır”.

Onun bu sözlərinə isə Natavan Həbibi belə cavab verib:

“Mənə maraqlı deyil, neçə nəfərsiniz və nə edirsiniz. Sizə niyə maraqlıdır mənim işim, anlamıram. Soğan yeməmisiniz ki? Kim kimin vəkilidir sizdə? Biri başa salsın ki, qanun hamı üçün qanundur. Bu arada, məni övladınızın məclisinə dəvət etmişdiniz. Elə bilirdim, hörmətdəndir. Sən demə, sizin kimi böyük insanlar bizi – plintusdan aşağı olanları çağırıb oxutdurursunuz. Köhnə adətinizdir. Pis öyrəşmisiniz də. Köhnə ATV-dəkilər sənətçiləri bağlarında, villalarında “dejurniy” müğənni etmişdilər. Ailədə neçə nəfərsiniz, məni maraqlandırmır. Öz işinizlə məşğul olun, mənim mövzularıma toxunmayın.

Bundan sonra  Oqtay Əliyev Natavan Həbibinin sözlərinə belə cavab verib: “Mən o xanımı çox yaxşı başa düşürəm. Yaşıdları xalq və əməkdar artistlərdir, onun isə bir dənə həvəsləndirici qramotası belə yoxdur”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir