Pofessor su və sanitar qovşaq üçün Ramiz Mehdiyevə MÜRACİƏT ETDİ | DEFAKTO.AZ Pofessor su və sanitar qovşaq üçün Ramiz Mehdiyevə MÜRACİƏT ETDİ – DEFAKTO.AZ

Pofessor su və sanitar qovşaq üçün Ramiz Mehdiyevə MÜRACİƏT ETDİ

65

“AMEA-nın Coğrafiya İnstituna məxsus otaqlarda su və sanitar qovşağı yoxdur”.

Defakto.az xəbər verir ki, bunu AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) İcraçı direktoru, professor Nəriman İsmayılov deyib.

N.İsmayılov bildirib ki, rəsədxana yaradıldığı vaxtdan onun Bakı şəhər bölməsi də təsis edilib və hazırda da mövcuddur:

“Təəssüf ki, bölmənin stabil binası heç vaxt olmadığından Rəsədxana həmişə sosial problemlərlə, kadr itkisi və digər təşkilati problemlərlə üzləşib”.

N.İsmayılov bildirib ki, hazırda Bakıda şəhər bölməsi kimi iş yerləri AMEA-nın əsas binasında (H.Cavid prospekti), qüllələrdən birində – Coğrafiya İnstituna məxsus olan, 10-11-ci mərtəbələrdə yerləşən, texniki məqsədlər üçün nəzərdə tutulmuş otaqlarda yerləşdirilib:

“Həmin otaqlarda normal iş şəraiti yoxdur. Su və sanitar qovşağın olmaması, qış aylarında çox soyuq, yayda isə çox isti olması, hər otaqda 10-dan çox əməkdaşın yerləşməsi narahatlıq doğurur. Burada elmi, elmi-təşkilati, təhsil və digər fəaliyyət üçün şərait yoxdur”.

Professor vurğulayıb ki, ayrı-ayrı vaxtlarda AMEA rəhbərliyinə dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, məsələ hələ də həllini tapmayib:

“Son vaxtlar problemin həll edilməsi üçün AMEA prezidenti, akademik Ramiz Mehdiyevə də müraciət edilib. Ramiz müəllim bu məsələnin nə qədər vacib olduğunu düzgün dəyərləndirərək onun həlli istiqamətində xüsusi göstəriş verib. Çox ümid edirik ki, onun göstərişi ilə bu məsələ nəhayət ki, yaxın vaxtlarda öz həllini tapacaq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir