Axtarışda olan “Hafka” danışdı | DEFAKTO.AZ Axtarışda olan “Hafka” danışdı – DEFAKTO.AZ

Axtarışda olan “Hafka” danışdı

70

Xəbər verdiyimiz kimi, Yasamal rayon məhkəməsinin qərarı ilə iş adamı Hafiz Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Defakto.az-ın sorğusuna cavab olaraq Dövlət Vergi Xidmətindən Hafiz Məmmədov istintaqa gəlməkdən boyun qaçırdığına görə onun barəsində ittiham elan edilməsi üçün axtarış haqqında qərar qəbul edildiyi bildirilib.

Maraqlıdır ki, iş adamı axtarışa verilsə də, məsələ ilə bağlı bir qədər əvvəl mediaya açıqlama verib.

O, “Qaynarinfo”ya açıqlamasında bu gün borclarını qaytardığını qeyd edib: “Mənim 4 şirkətim var idi. Şirkətlərimdə çalışan əməkdaşlara görə, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 652 min manat borcum yaranmışdı. Şirkətlərim müflis olduğundan bunu ödəyə bilmədim. Məhkəmə də bu günə kimi vaxt vermişdi. Bu gün də həmin borcu ödədim”.

Hafiz Məmmədov indiyədək şirkətlərinin vergi borcu olmadığını da deyib: “Dövlətin vergisini hər kəs verməlidir. Mən heç vaxt vergidən yayınmamışam və bu işi özümə müqəddəs borc bilmişəm. İndiyə qədər dövlətə bir milyondan çox vergi ödəmişəm”.






Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir