Ermənistan Prezidentinin istefasının əsl səbəbləri məlum oldu | DEFAKTO.AZ Ermənistan Prezidentinin istefasının əsl səbəbləri məlum oldu – DEFAKTO.AZ

Ermənistan Prezidentinin istefasının əsl səbəbləri məlum oldu

61

Ermənistan Prezidenti Armen Sarkisyanın istefasının əsas səbəbləri məlum olub. Prezident istefasına bir neçə mühüm faktorun səbəb olduğunu açıqlayıb.

Ermənistan mətbuatına istinadən məlumatına görə, Armen Sarkisyan bununla bağlı bəyanatında bildirib ki, vəzifəsindən istefaya getməsinə səbəb səlahiyyətlərinin məhdud olmasıdır.

“Bu mühüm qərarı (president olmaq təklifi-red) qəbul edərkən mənə (2018-ci ildə-red) verilən təklifdən çıxış etdim. Təklifə əsasən yeni prezident institutu xarici, iqtisadi, investisiya siyasətinə, diasporla əlaqələrə, o cümlədən milli maraqların müdafiəsinə, beynəlxalq arenaya, yeni elm və təhsil və yüksək texnologiya mühiti yaratmağa təsir alətləri olacaqdı.

Bir müddət sonra 2018-ci ilin aprel-may hadisələri oldu.

Sual yarana bilər ki, mən niyə həmin anda işdən çıxmadım? Cavab aydındır, çünki mən respublika Prezidenti kimi məsuliyyəti öz üzərimə götürmüşəm”. “Daxili parçalanmanın daha da dərinləşməsinə, son dərəcə mənfi nəticələrə səbəb ola biləcək toqquşmalara yol verməmək üçün əlimdən gələni etməyə borclu idim. Çalışmışam ki, uzun illər zəhmətim nəticəsində əldə etdiyim nüfuzdan, əlaqələrimdən istifadə edim, beynəlxalq siyasi və iqtisadi potensialımdan güclü, sabit dövlət qurmaq üçün istifadə edim.

Yenə sual yarana bilər ki, niyə prezident bizi indiki milli böhrana aparan siyasi hadisələrə təsir edə bilmədi? Səbəb yenə də göz qabağındadır – müvafiq alətlərin olmamasıdır ki, istənilən dövlət məmuruna yalnız bir sənəd – Konstitusiya verilir. Potensial problemlərimizdən bəziləri mövcud Əsas Qanundan qaynaqlanır”, – Prezident deyib.

“Bizdə paradoksal vəziyyət yaranıb – prezident dövlətçiliyin qarantı olmalıdır, əslində heç bir real aləti yoxdur. Konstitusiya həm də bir qurumun digər qurumdan üstünlüyünü təmin edir, tarixi Vətənin dövlət qurumlarının idarə olunmasında tanınmış diaspor mütəxəssislərinin iştirakına maneələr yaradır və s”., – Armen Sarkisyan vurğulayıb.

Xatırladaq ki, Armen Sarkisyan 2018-ci ildə Ermənistan prezidenti seçilib. Onun bu posta namizədliyi həmin dövrdə dövlət başçısı olan Serş Sarkisyan tərəfindən irəli sürülmüşdü.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir