Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin ölkənin Təhlükəsizlik Şurasına və Qazaxıstan Xalq Assambleyasına ömürlük sədrliyi ləğv edilib.
Defakto.az xəbər verir ki, ölkə parlamenti bununla bağlı qanunvericiliyə dəyişiklikləri təsdiqləyib.
Dəyişikliklər Qazaxıstan Xalq Assambleyasına və Təhlükəsizlik Şurasına ölkə Prezidenti Kasım-Jomart Tokayevin rəhbərlik edəcəyi ilə bağlı verilən qərara əsasən edilib.
Parlament tərəfindən təsdiqlənən qanun baxılması üçün Senata göndərilib.
Xatırladaq ki, N. Nazarbayev Qazaxıstan Xalqı Assambleyasına sədrliyi Prezident Kasım-Jomart Tokayevə 2021-ci ildə, Təhlükəsizlik Şurasına sədrliyi isə ölkədə yanvar ayında baş verən iğtişaşlar zamanı təhvil verib.