Nazarbayevin kürəkəni istefa verdi | DEFAKTO.AZ Nazarbayevin kürəkəni istefa verdi – DEFAKTO.AZ

Nazarbayevin kürəkəni istefa verdi

326

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin kürəkəni Timur Kulibayev “Atameken” Milli Sahibkarlar Palatasının Rəyasət Heyətinin sədri vəzifəsindən istefa verib.

Defakto.az xəbər verir ki, bu barədə məlumatı palata yayıb.

Timur Kulibayev istefa verməsinin səbəblərini açıqlamayıb.

Qeyd edək ki, T. Kulibayev N. Nazarbayevin ortancıl qızı Dinaranın həyat yoldaşıdır. Timur və Dinara Kulibayevalar ölkənin nəhəng “Qazaxıstan Xalq Bankı”nın sahibləridir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir