Daxili İşlər Nazirliyi (DİN) prodüser Tarix Əliyevin canlı yayımda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (MAXE) təhqir etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Defakto.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev report-un sorğusuna cavab olaraq bildirib ki, T.Əliyev özü özü ilə bağlı tədbir görüb.
“O, sosial şəbəkə hesablarında aralarında yaranan mübahisəyə aydınlıq gətirib”, – DİN rəsmisi vurğulayıb.