Ərdoğan Azərbaycanla bağlı vacib sənədi təsdiqlədi | DEFAKTO.AZ Ərdoğan Azərbaycanla bağlı vacib sənədi təsdiqlədi – DEFAKTO.AZ

Ərdoğan Azərbaycanla bağlı vacib sənədi təsdiqlədi

247

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumunu təsdiqləyib.

Musavat.com xəbər verir ki, bununla bağlı qərar rəsmi “Gazete”də dərc olunub.

Razılaşmaya əsasən, 2024-cü ilədək illik olaraq Azərbaycanda idxal edilən 1,7 milyard kubmetr təbii qaz Socar Turkey Enerji A.Ş ehtiyacları üçün təmin ediləcək.

Qeyd olunub ki, memorandum 2021-ci ilin dekabrında Bakıda Azərbaycan energetika naziri Pərviz Şahbazov və Türkiyə energetika və təbii sərvətlər naziri Fatih Dönməz tərəfindən imzalanıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir