Azərbaycanda yeni ştama yoluxan varmı? – Rəsmi cavab | DEFAKTO.AZ Azərbaycanda yeni ştama yoluxan varmı? – Rəsmi cavab – DEFAKTO.AZ

Azərbaycanda yeni ştama yoluxan varmı? – Rəsmi cavab

306

Son günlər Azərbaycanda yaxınlarının COVID-19-un yeni “Omicron” ştamına yoluxması ilə bağlı iddialara rast gəlinir. Ötən gün müğənni Aysel Əlizadə də ailə üzvlərinin yeni ştama yoluxduğunu açıqlamışdı. Onun sözlərinə görə, bir neçə ailə üzvü yeni ştama yoluxub və müalicəyə başlayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu brifinqində isə səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev Azərbaycanda hələ bu ştamın aşkarlanmadığı açıqlamışdı.

Məsələyə aydınlıq gətirmək üçün TƏBİB-ə müraciət etdik. Qurumdan cavab olaraq bildirildi ki, ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində əhali arasında şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir: “Müvafiq yoxlamalarda hələ yeni ştam aşkarlanmayıb”.

Xatırladaq ki, ilk dəfə Cənubi Afrikada peyda olan “Omicron” ştamı indiyədək dünyanın 100-dən çox ölkəsində aşkarlanıb. O cümlədən, Azərbaycana qonşu olan Türkiyə, Gürcüstan, İran və Rusiyada da yeni ştama yoluxma halları qeydə alınıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir