Azərbaycanda bu dərmanın istifadəsi qadağan olundu | DEFAKTO.AZ Azərbaycanda bu dərmanın istifadəsi qadağan olundu – DEFAKTO.AZ

Azərbaycanda bu dərmanın istifadəsi qadağan olundu

122

Azərbaycanda daha bir dərmanın istifadəsi qadağan olunub.

Bu barədə Defakto.az Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, “Sanofi” şirkətinin davam edən tədqiqatlarına əsasən “Lozap®” ticari adlı losartan potassium – 50 mg tərkibli örtüklü tabletlər №30 (3×10) blisterdə, karton qutu qablaşdırmada, 2660720 seriyalı, son istifadə tarixi 1/6/2022 olan və 2130221 seriyalı, son istifadə tarixi 1/1/2023 olan dərman vasitələrinin tərkibində azid qatışıqlarının yol verilən gündəlik maksimum limitdən çox olması ehtimal edilir.

“Bu ehtimalı nəzərə alaraq, 2660720 seriya ilə buraxılmış son istifadə tarixi 1/6/2022 olan və 2130221 seriya ilə buraxılmış son istifadə tarixi 1/1/2023 olan “Lozap®” ticari adlı dərman vasitəsitələri geri çağırılması qərarı qəbul olunmuşdur və ölkəyə idxalı, ölkədə topdan və pərakəndə satışı dayandırılıb”, – məlumatda bildirilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir