Azərbaycanlı kriminal avtoritet Nazir Əliyev Ukraynanın Odessa şəhərində qətlə yetirilib.
Bu barədə “Dumskaya” portalı məlumat yayıb.
Hadisə “Arena” bilyard klubunda baş verib. Kriminal avtoritetə digər Azərbaycan vətəndaşı Şöhrəddin Quliyev atəş açıb.
Bildirilir ki, qətlə yetirilən Nazir Əliyev mərhum Lotu Qulinin yaxın adamlarından biri olub.