Türkiyə ordusunun 150 generalı vəzifəsindən azad edilib | DEFAKTO.AZ Türkiyə ordusunun 150 generalı vəzifəsindən azad edilib – DEFAKTO.AZ

Türkiyə ordusunun 150 generalı vəzifəsindən azad edilib

474

“2016-ci il iyulun 15-dən indiyədək 150 general vəzifəsindən azad edilib”.

Defakto.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar məlumat verib.

O qeyd edib ki, Türkiyə Silahlı Qüvvələrindən 2016-cı il iyulun 15-də xain çevriliş cəhdindən indiyədək ümunilikdə 24 256 hərbçi vəzifəsindən kənarlaşdırılıb:

“Hazırda 1 185 şəxsi heyətlə bağlı inzibati proses davam edir. FETÖ, PKK/YPG, İŞİD terror qruplaşmaları başda olmaqla bütün təhlükə və təhdidlərə qarşı mübarizə qətiyyətlə aparılır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir