İqtisadiyyat nazirinə yeni müavinlər təyin edilib.
Defakto.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.
Sərəncama əsasən, Rövşən Çingiz oğlu Nəcəf nazirin birinci müavini təyin olunub.
Dövlət başçısının digər sərəncamı ilə Sahib Əli oğlu Məmmədov iqtisadiyyat nazirinin müavini təyin edilib.
Qeyd edək ki, R. Nəcəf bu təyinata qədər iqtisadiyyat nazirinin müavini idi.