Nazir: “2022-ci ildə süni qiymət artımının qarşısının alınması prioriet olacaq” | DEFAKTO.AZ Nazir: “2022-ci ildə süni qiymət artımının qarşısının alınması prioriet olacaq” – DEFAKTO.AZ

Nazir: “2022-ci ildə süni qiymət artımının qarşısının alınması prioriet olacaq”

476

“Bizi iqtisadi, əhalinin sosial rifahı nöqteyi-nəzərindən narahat edən məsələlər var. Bu, inflyasiya prosesləridir. Çünki, inflyasiya prosesləri ilk növbədə əhalinin gəlirinin dəyərini azaldır”.

Defakto.az DEFAKTO.az-a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Televiziyasına müsahibəsində məlumat verib.

Nazir bildirib ki, Azərbaycan qlobal iqtisadiyyata inteqrasiya etmiş ölkədir və qlobal iqtisadiyyatda inflyasiya prosesləri gedərkən, təbii olaraq bu, Azərbaycanda da öz əksini tapır:

“2021-ci ildə ən sürətlə inflyasiya prosesləri gedən sektorlar – qida, müxtəlif tikinti materialları, xammal və s. sahələrdir. Bu məhsulların xüsusilə Azərbaycanda istehsalı azdır və ya istehsal edilmir, onların idxalından asılıyıq. Bu, birbaşa olaraq qiymət artımının daxili bazara ötürülməsidir. Burada təbii olaraq hökumətin əlində o qədər də çox alət yoxdur. Biz çalışırıq ki, sosial əhəmiyyət kəsb edən məhsullara görə, yaxud da sosial müdafiə nəzərindən həssas olan təbəqələrə xüsusi yanaşma tətbiq edilsin. Dünya bazarlarında son iki ildə taxılın qiyməti təxminən 45-50 faizə yaxın artıb və biz kifayət qədər böyük həcmdə taxıl idxal edirik. Bu strateji məhsulun qiymətinin artımının qarşısını almaq üçün dövlət tərəfindən subsidiya verilir”.

Mikayıl Cabbarov qeyd edib ki, qiymətlərin süni şəkildə artımına yol verə bilən addımların qarşısının alınması istiqamətində fəaliyyət gücləndirilib və 2022-ci ildə də prioritet istiqamət bu olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir