Türkiyədə növbədənkənar seçkilər olmayacaq. Ölkəmizdə hüquqi dövlət mövcuddur. Müəyyən edilən tarix hansıdırsa, seçkilər həmin tarixdə də keçiriləcək.
Defakto.az DEFAKTO.az-a istinadla xəbər verir ki, bu fikirləri Prezident, Ədalət və İnkişaf Partiyasının (AKP) Sədri Rəcəb Tayyib Ərdoğan AKP-nin Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısındakı çıxışında ifadə edib.
Çıxışında gündəlikdə duran məsələləri, eləcə də son günlər ölkənin valyuta bazarında baş verən prosesləri dəyərləndirən dövlət başçısı Türkiyənin milli valyutası olan lirənin dəyərinin bərpası və möhkəmlənməsi istiqamətində görülən hökumət tədbirləri, onun nəticələri barədə geniş məlumat verib.
Prezident Rəcəb Tayyib Ərdoğan təkrarən qətiyyətlə bildirib ki, bundan sonra da dolların məzənnəsi ilə ölkədəki ictimai-siyasi proseslərin məcrasına təsir edilməsinə imkan verilməyəcək.
Qeyd edək ki, ABŞ dollarının məzənnəsinin lirəyə nisbətən durmadan artmasının qarşısı Türkiyə hökumətinin qərarı ilə son iki gündə alınıb.