Azərbaycanlı Türkiyədə qətl törətdi – İnstaqram söhbətinə görə | DEFAKTO.AZ Azərbaycanlı Türkiyədə qətl törətdi – İnstaqram söhbətinə görə – DEFAKTO.AZ

Azərbaycanlı Türkiyədə qətl törətdi – İnstaqram söhbətinə görə

247

Türkiyənin İstanbul şəhərində azərbaycanlı Nəbi B. adlı şəxs mübahisə zəminində qətl törədib.

Defakto.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə dekabrın 16-da qeydə alınıb.

Belə ki, Yasin Semih Demirok adlı şəxs sevgilisinin instaqram hesabında Nəbinin adının axtarış bölməsində olduğunu görüb. Sevgilisini qısqanan Yasin, bundan sonra Nəbi ilə özü yazışmaya başlayıb. Nəticədə tərəflər parkda görüşüblər. Bu zaman Yasin iki dostu ilə gəlib. 

Mübahisə anında Türkiyə vətəndaşı dostlarından aralaşmasını istəyib. Mübahisənin davamında isə Nəbi silahla Yasini sinəsindən vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Nəbi isə hadisə yerindən qaçıb.

Məlumata görə, Azərbaycan vətəndaşı Türkiyədə qadın bərbəri kimi fəaliyyət göstərirmiş. Polis hadisə yerindən qaçan Nəbini axtarır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir