“Ermənistanla Azərbaycan arasında dəmir yolunun inşası 2-3 il çəkəcək” | DEFAKTO.AZ “Ermənistanla Azərbaycan arasında dəmir yolunun inşası 2-3 il çəkəcək” – DEFAKTO.AZ

“Ermənistanla Azərbaycan arasında dəmir yolunun inşası 2-3 il çəkəcək”

191

“Ermənistan və Azərbaycan Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun inşasını 2-3 il ərzində başa çatdırmağı planlaşdırır”.

Defakto.az” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstana səfəri zamanı deyib.

Onun sözlərinə görə, bunun üçün razılaşmaların icrası üzərində işləmək lazımdır.

Paşinyan, həmçinin Azərbaycanla avtomobil əlaqəsinin bərpa olunması imkanlarını da vurğulayıb.

Qeyd edək ki, Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan bu yaxınlarda bildirib ki, Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun uzunluğu təqribən 340 kilometr təşkil edəcək ki, bunun da 45 kilometri Ermənistan ərazisindən keçəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir