Dövlət Neft şirkətinin (SOCAR) əməkdaşlarının əməkhaqqıları artırılacaq.
Defakto.az xəbər verir ki, bunu “DEFAKTO.az”a eksklüziv açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
“Bizdə maaşlar minimum əməkhaqqının artırılmasına uyğun artırılır. Gələn ildən SOCAR-da maaşlarda, yəqin ki, artım olacaq”, – deyə o qeyd edib.
Xatırladaq ki, Prezident İlham Əliyevin ötən həftə imzaladığı sərəncama əsasən, gələn il yanvarın 1-dən Azərbaycanda minimum əməkhaqqı 50 manat və yaxud 20% artırılaraq 250 manatdan 300 manata çatdırılıb.