Helikopter qəzası zamanı şəhid olanların ölüm səbəbi AÇIQLANDI | DEFAKTO.AZ Helikopter qəzası zamanı şəhid olanların ölüm səbəbi AÇIQLANDI – DEFAKTO.AZ

Helikopter qəzası zamanı şəhid olanların ölüm səbəbi AÇIQLANDI

92

“Aparılmış ilkin məhkəmə-tibbi müayinəsinə əsasən qəza nəticəsində həlak olmuş şəxslərin ölüm səbəbi müxtəlif dərəcəli bədən xəsarətləri alması nəticəsində yaranmış travmatik şok olub”.

Defakto.az xəbər verir ki, bu sözləri Baş prokurorun birinci müavini Elçin Məmmədov keçirilən brifinqdə deyib:

“Qəzaya uğramış helikopterin zərbə ilə yerə dəyməsi səbəbindən helikopterin sol qapısı və alın şüşəsi yerindən çıxıb, zərbələrin təsirindən helikopterdə olan şəxslərdən 4 nəfər çölə atılıb, onlardan 2-si aldıqları xəsarətlərin ağırlığından hadisə yerində ölüb, digər 2-si isə sağlamlığa az ağır zərərvurmaya aid müxtəlif xəsarətlər alıblar.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. İstintaqın detalları ilə bağlı digər həmkarlarım tərəfindən ətraflı məlumat veriləcəkdir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir