Azərbaycanın vitse-prezidentlərinə ömürlük diplomatik pasportun verilməsinə dair layihə qəbul edilib | DEFAKTO.AZ Azərbaycanın vitse-prezidentlərinə ömürlük diplomatik pasportun verilməsinə dair layihə qəbul edilib – DEFAKTO.AZ

Azərbaycanın vitse-prezidentlərinə ömürlük diplomatik pasportun verilməsinə dair layihə qəbul edilib

76

Milli Məclisin bu gün keçirilən iclasında “Pasportlar haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Defakto.az-ın report-a istinadən xəbərinə görə, dəyişikliklə diplomatik pasport veriləcək şəxslərin siyahısı genişləndirilir.

Belə ki, dəyişikliklə Xarici İşlər Nazirliyi tərəfindən öz vəzifələrinin icra etməyə başladıqdan ən geci 15 gün keçənədək Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport veriləcək.

Digər bir dəyişikliklə isə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport ömürlük veriləcək.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir