Fazil Mustafa: “Media həyatını qanundan daha çox insanların içindəki senzuranın dərəcəsi tənzimləyir” | DEFAKTO.AZ Fazil Mustafa: “Media həyatını qanundan daha çox insanların içindəki senzuranın dərəcəsi tənzimləyir” – DEFAKTO.AZ

Fazil Mustafa: “Media həyatını qanundan daha çox insanların içindəki senzuranın dərəcəsi tənzimləyir”

107

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədr müavini Fazil Mustafa yerli televiziya proqramlarındakı nöqsanlardan söz açıb.

Defakto.az xəbər verir ki, deputat bu barədə “Facebook” profilində yazıb.

F. Mustafa statusunda verilişlərdəki montajdan narazı olduğunu bildirib:

“Son günlərdə iki televiziya verilişində müzakirə ortamında etdiyim çıxışların montajda qayçılanmasını müşahidə etdim. Çox yersiz və bəsirətsiz hərəkət olaraq qiymətləndirdim. Daha çox siyasi amillə bağlı belə bir addımın atılması mümkündür. Bu isə onu göstərir ki, idarəetməni təcrübəsiz adamlara vermək necə fəsad doğurursa, qayçını da qabiliyyətsiz dərzinin əlində tutması o fəsadı doğuracaq. Əlinə qayçı verilmiş adamların siyasi yetkinliyi olmalıdır ki, fikrin məqsədəuyğunluğunu dar çərçivədə dəyərləndirib yersiz qərar verməsin. İllərin təcrübəsinə dayanaraq efirdə onsuz da ölçülü-biçili  və cilalanmış şəkildə fikrini ifadə edirsən ki, televiziya və jurnalistlər üçün hansısa neqativ problemlər yaranmasın”.

Deputat həmçinin izlədiyi televiziya proqramlarından da bəhs edib:

“Fikrimcə, ən rahat danışa bildiyim kanal “REAL TV”dir. Düşüncə sərbəstliyinə daha çox imkan tanıyırlar. Bu arada izlədiyim verilişlər sırasında “Space TV”də gedən ”Addım” verilişini çox bəyəndiyimi də söyləyim. Narkomaniyaya qarşı mübarizədə çox uğurlu variant seçmişlər və ciddi təsiri olacağını düşünürəm”.

F. Mustafa sonda media həyatını qanundan daha çox insanların içindəki senzuranın dərəcəsinin tənzimlədiyi fikrində olduğunu da qeyd edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir