FHN hadisə yerinə operativ çatmaq üçün motosikletlər alıb | DEFAKTO.AZ FHN hadisə yerinə operativ çatmaq üçün motosikletlər alıb – DEFAKTO.AZ

FHN hadisə yerinə operativ çatmaq üçün motosikletlər alıb

62

“Magistral yollarda tıxaclar çoxdur. Ona görə də hadisə yerinə tez çatmaq üçün motosikletlər almışıq”.

Defakto.az-ın xəbərinə görə, bu fikirləri fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, FHN-in sularda xilasetmə ilə bağlı da xidməti var: “Ölkəmizdə obyektiv və subyektiv səbəblərdən qanunsuz tikililər var. Bununla bağlı müvafiq qurumlarla işlər aparılır”.

Nazir bildirib ki, texniki və təbii fəlakətlərdən heç kim sığortalanmayıb: “Biz çalışırıq ki, işimizi, peşəkarlığımızı daha da artıraq. Bu, bizim qarşımızda duran məsələlərdən biridir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir