Bakıda qadın hündürmərtəbəli yaşayış binasından özünü atıb.
Defakto.az xəbər verir ki, hadisə bir neçə dəqiqə öncə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Akkord” MTK-ya məxsus yaşayış kompleksində baş verib.
Orta yaşlı qadın özünü kompleksin 5-ci binasından ataraq intihar edib. Qadının şəxsiyyəti hazırda məlum olmasa da, hadisə şahidləri onun binada yaşayan sakin olduğunu bildiriblər.
Meyit ərazidən götürülüb, faktla bağlı araşdırma aparılır.
***
Məlumata görə, qadın özü həmin binanın ikinci mərtəbəsində yaşasa da, 11-ci mərtəbəyə çıxaraq blokun balkonundan özünü atıb.