Qənirə Paşayeva Bakıda səfərdə olan İstanbul Aydın Universitetinin rektoru Mustafa Aydınla görüşüb | DEFAKTO.AZ Qənirə Paşayeva Bakıda səfərdə olan İstanbul Aydın Universitetinin rektoru Mustafa Aydınla görüşüb – DEFAKTO.AZ

Qənirə Paşayeva Bakıda səfərdə olan İstanbul Aydın Universitetinin rektoru Mustafa Aydınla görüşüb

94

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Bakıda səfərdə olan İstanbul Aydın Universitetinin rektoru Mustafa Aydınla görüşüb.

Qardaş ölkə unveristetinin rektoru Komitə sədrinə universitetin tarixi, buğunu və gələcəyə yönəlik proqramları barədə məlumat verib.

Rektor Azərbaycan universitetləri ilə sıx əməkdaşlığın öncəlikləri sırasında olduğunu vurğulayıb. Hörmətli rektora təşəkkür edən Q.Paşayeva, onu Azərbaycanda salamlamaqdan şad olduğunu bildirib, qardaş, dost, qonşu və strarteji müttəfiq Türkiyəyə səfərlərində təhsil və mədəniyyət ocaqlarını ziyarət etdiyini, müxtəlif mövzulu tədbirlərdə məruzələrlə çıxış etdiyini xatırladıb, təəssüratlarını bölüşüb: “Mən bu səfər təəssüratlarım əsasında “Addım-addım Türkiyə ” çoxcildliyini yazmışam.

Ümidvaram, sizin şəhəriniz və universitetiniz də daxil olmaqla, kitabda yazılanlar xoşunuza gələcək”.

Universitet haqqında ətraflı bilgi və mədəni əlaqələrlə, təhsillə bağlı təkliflər üçün təşəkkür edən Komitə sədri, rektora uğurlar arzulayıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir