Bu il 2600-ə yaxın şəhid ailəsi üzvü və qaziyə mənzil verilib | DEFAKTO.AZ Bu il 2600-ə yaxın şəhid ailəsi üzvü və qaziyə mənzil verilib – DEFAKTO.AZ

Bu il 2600-ə yaxın şəhid ailəsi üzvü və qaziyə mənzil verilib

331

“Postmüharibə dövründə ümumilikdə şəhid ailəsi üzvü və müharibə əlili olan 35 min şəxsə 41 min xidmət göstərilib”.

Defakto.az DEFAKTO.az-ya istinadən xəbər verir ki, bunu YAŞAT Fondunun bir illik hesabat tədbirində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Onun sözlərinə görə, bu kateqoriyadan olan 20 min şəxsə sosial ödəniş təyin edilib: “Bir şəxsə bir neçə ödəniş də təyin olunub. 10202 şəxsə 20341 sosial ödəniş təyin edilib.

Bunların əksəriyyəti – 7716-sı şəhid ailəsi üzvüdür. Bu il 2600-ə yaxın mənzil şəhid ailəsi üzvü və müharibə əlillərinə verilib.

Reabilitasiya müəssisələrində 1300-ə yaxın şəxsə psixoloji dəstək göstərilib. 1082 şəxsə 10779 reabilitasiya vasitəsi, 1000-dən çox mühərrikli oturacaq, müxtəlif əzalarını itirən 163 müharibə əlilinə 174 elektron protez verilib.

Növbəti 15 gün ərzində protezlə təminat başa çatacaq, təxminən 12-17 protezin qoyulması nəzərdə tutulub”.

Nazir deyib ki, həmin kateqoriyadan olan 5500 şəxs özünüməşğulluq proqramına cəlb olunub, 2500 şəxs işlə təmin olunub:

“Məşğulluq marafonu”na 3 ay ərzində 3700 vakansiya yerləşdirib, 1300-ə yaxın şəhid ailəsi üzvü və müharibə əlili işə düzəlib”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir