Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin sədri təyin edilib.
Defakto.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, Fərhad Adıgözəlov 1977-ci ildə Bakıda anadan olub, 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr dərəcəsi, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə ikinci ali təhsil alıb, 2005-ci ildə isə bu universitetdə “İstehsal və Xidmət Sahələrinin İqtisadiyyatı və İdarə edilməsi” ixtisası üzrə magistr dərəcəsi alaraq ali təhsil müəssisəni fərqlənmə diplomu ilə bitirib.
F.Adıgözəlov əmək fəaliyyətinə 2000-ci ildə “Azərsığorta”da başlayıb, 2003-2005-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-də mütəxəssis, 2005-2009-cu illərdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisinin köməkçisi, 2009-2013-cü illərdə “Kapital Bank” ASC-də departament direktoru, 2013-2014-cü illərdə maliyyə nazirinin köməkçisi, 2015-2017-ci illərdə “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin (İH) sədri vəzifələrində çalışıb, 2020-ci ilin sentyabr ayından Milli Depozit Mərkəzinin İH-nin sədr müavini təyin edilib.
O, yeni vəzifəsində ötən ilin noyabr ayında vəfat etmiş Məmməd Məmmədovu əvəz edib.