Rəisinin yanında qoçuya dönən DSX mayoruna töhmət verildi – VİDEO | DEFAKTO.AZ Rəisinin yanında qoçuya dönən DSX mayoruna töhmət verildi – VİDEO – DEFAKTO.AZ

Rəisinin yanında qoçuya dönən DSX mayoruna töhmət verildi – VİDEO

59

Baku TV-nin əməkdaşı Tural Museyibova qarşı qeyri-adekvat hərəkəti ilə yadda qalan DSX mayoru Rövşən Cahangirova töhmət verilib.

Defakto.az xəbər verir ki, bu sözəri “virtualaz.org”a açıqlamasında Dövlət Sərhəd Xidmətinin (DSX) aparat rəhbəri, general-mayor Elçin İbrahimov bildirib:

“KİV nümayəndələrinin bir çoxu bunu anlayışla qarşılayıb. Bu səbəbdən və bizi dəstəklədiklərinə görə onlara səmimi təşəkkürümü bildirirəm. Az əvvəl qeyd etdiyiniz olayı da incələdik və nəzakətsiz davranışına görə zabitimiz töhmət alıb”.

Qeyd edək ki, Xızıdakı “Qaraheybət” aviasiya poliqonunda baş vermiş helikopter qəzasında həlak olan 14 hərbçinin vida mərasimində Baku TV-nin əməkdaşı Tural Museyibov DSX mayoru tərəfindən şiddətə məruz qalmışdı.

Olaydan sonra Azərbaycan Mətbuat Şurasının yaydığı bəyanatda qeyd olunmuşdu ki, Dövlət Sərhəd xidmətinin zabiti, mayor Rövşən Cahangirovun xidməti vəzifəsini yerinə yetirən, hərbi helikopter qəzası zamanı həlak olmuş hərbçilərlə vida mərasimində çəkiliş aparmaq istəyən “Baku TV”nin əməkdaşlarına qarşı nalayiq hərəkəti yolverilməzdir, jurnalistlərin sərbəst fəaliyyətinə maneçilik cəhdidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir