İngiltərənin populyar ərəbdilli “Əl-Kəlimə” (“Söz”) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Nəriman Əbdülrəhmanlının ərəb dilinə tərcümə olunmuş “Kəpənək” əsərinin yayınına başlayıb. Hekayə yazıçının yaradıcılığı haqqında məlumatla təqdim edilib.
Əsəri ərəb dilinə tanınmış tərcüməçi Əhməd Sami Elaydi çevirib.
Qeyd edək ki, “Əl-Kəlimə” portalı mütəmadi olaraq səhifələrində Nəcib Məhfuz, Təvfiq əl-Həkim, Abbas əl-Aqqad kimi dünya ədəbiyyatı yazarlarının əsərlərinə yer ayırır.
Maraqlı
Azərbaycan yazıçısının hekayəsi İngiltərənin ədəbiyyat portalında
By DEFAKTOAvq 24, 2020, 19:28 axşam
288
Previous PostPrezident yeni icra başçısı təyin etdi - SƏRƏNCAM
Next PostAğcabədidə 41 km uzunluğunda yerli əhəmiyyətli yol yenidən qurulur - FOTOLAR