Əhaliyə ŞAD XƏBƏR – Bu avtomobillər ƏDV-dən azad edilir | DEFAKTO.AZ Əhaliyə ŞAD XƏBƏR – Bu avtomobillər ƏDV-dən azad edilir – DEFAKTO.AZ

Əhaliyə ŞAD XƏBƏR – Bu avtomobillər ƏDV-dən azad edilir

192

Azərbaycana gətirilən elektrik mühərriki ilə işləyən avtomobillərin satışı da ƏDV-dən azad edilir.

Defakto.az Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, indiyədək elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ƏDV-dən azad idi. Bundan sonra elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı da ƏDV-dən azad edilir.

Bundan başqa, layihədə istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının, habelə elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalının 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir