Sabir Rüstəmxanlıdan Tahir Mirkişiliyə cavab: “Mən o sözü havadan deməmişəm” | DEFAKTO.AZ Sabir Rüstəmxanlıdan Tahir Mirkişiliyə cavab: “Mən o sözü havadan deməmişəm” – DEFAKTO.AZ

Sabir Rüstəmxanlıdan Tahir Mirkişiliyə cavab: “Mən o sözü havadan deməmişəm”

91

Milli Məclisin bu gün keçirilən plenar iclasında dövlət rüsumları ilə bağlı müzakirələr zamanı deputat Sabir Rüstəmxanlı çıxış edib.

Defakto.az modern.az-a istinadən xəbər verir ki, deputat keçən iclasda ictimaiyyətin narahatlığını nəzərə alaraq, bəzi məhsulların rüsumunun iki dəfə artdığını deyəndən sonra komitə sədri Tahir Mirkişili onu təkzib edib.

S.Rüstəmxanlı deputat həmkarina üzünü tutaraq hər bir deputatın dediyi sözün məsuliyyətini daşımalı olduğunu bildirib:

“Əgər mən o sözü demişəmsə, havadan deməmişəm. Gərək Tahir bəy də fikrini əsaslandırsın”.

Bundan sonra S.Rüstəmxanlı qanun layihəsinə istinad edərək, bildirib ki, rüsumlarla bağlı 5 rəqəmi, 10 rəqəmi, 25 rəqəmi, 50 rəqəmi, 35 rəqəmi 70 rəqəmi ilə, 45 rəqəmi 90 rəqəmi ilə, 10 rəqəmi 20 rəqəmi ilə əvəz olunub.

“Bunları yazmağa mənim səbrim çatmadı. Orta məktəb hesabı ilə bunlar yüz faizdir. Burda 50-70 faiz də var. Bunlar iki dəfə artıb. Hörmətli komitə sədri hansı əsasla deyir ki, iki dəfə artım yoxdur?”

Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili cavab olaraq bildirib ki, Sabir bəy 2-3 dəfə artım demişdi:

“2-3 dəfə arasında çox böyük artım dedi. Xahiş edirəm stenaqrama bir də baxın”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir