Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Mİ-17 tipli 20136 bort nömrəli helikopteri təlim məqsədilə Səngəçal aerodromundan saat 10:16-da havaya qalxaraq “Qaraheybət” təlim meydanı istiqamətinə hərəkətlənən zaman saat 10:36-da təlim meydanında təyin olunmuş meydançaya eniş edərkən qəzaya uğrayıb. Hərbi helikopterinin qəzaya uğraması nəticəsində 14 nəfər yüksək rütbəli hərbçimiz həlak olub, 2 nəfər isə yaralanıb.
Dünən eyni zamanda diqqətçəkən məqamlardan biri də daha geniş auditoriyanı əhatə edən yerli telekanallarımızdakı əyləncəli verilişlər oldu. Və haqlı olaraq telekanalların bu yayım siyasəti müzakirə mövzusuna çevrildi. Belə ağır faciənin baş verməsinə baxmayaraq, televiziyalarımız çal-çağır verilişlərin yayımını davam etdirdilər. Düzdür, telekanalda bir anda proqram setkasını dəyişmək asan deyil. Amma hər halda çal-çağırı minimuma endirmək müşkül olmazdı…
Defakto.az saytı Milli Məclisin deputatı Sabir Rüstəmxanlının modern.az-a açıqlamasında deyib ki, belə bir ağır faicədə heç bir televiziya çal-çağır, şənliklər göstərməməlidir:
“Mən televiziyaları izləmirəm və dünən hansı verilişlərin getdiyindən xəbərim yoxdur. Amma onu deyim ki, bu ağır faciədir və heç bir televiziya belə zamanda çal-çağır verilişi verməməlidir. Televizyalar bu hadisəni nəzərə almalı idilər”.