Əziz ismayıllılar, son dövrdə həyatımıza daxil olan COVID-19 pandemiyası bütün bəşəriyyət üçün təhlükə mənbəyi olaraq qalmaqda davam edir. Bu dönəmdə hökumətimizin xalqın sağlamlığı üçün tədbiq etdiyi karantin rejimi ümumxalq mənafeyinə xidmət edir və ölkəmiz üçün strateji əhəmiyyətə malikdir. Təsadüfi deyildir ki, beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdir edilir. Lakin çətin günlər hələ bitməyib.
Ümumdünya Səhiyyə Təşkilatı üzv ölkələrə açıqlamasında koronavirusun “SARS-CoV-2” virusunun “Omikron” variantının qlobal yayılma riskinin çox yüksək olduğunu bildirib.Ümumdünya Səhiyyə Təşkilatının bəyanatında, variantın xüsusiyyətləri nəzərə alınmaqla, Covid-19 hallarında artım ola biləcəyi bildirilib. ÜST qlobal riski çox yüksək olaraq təyin edib. ÜST üzv ölkələri Covid-19 peyvəndi proqramlarını sürətləndirməyə çağırıb. Ümumdünya Səhiyyə Təşkilatı yeni bəyanatında bildirib ki, koronavirusun yeni “Omikron” variantı üçün qlobal risk “çox yüksək” olaraq qiymətləndirilir.
“Omikron” yoluxuculuğu ilə məşhur olan Delta variantından daha yoluxucu olması ilə diqqət çəkir.
İndiyədək COVID-19 simptomlarından fərqli heç bir əlamət müşahidə olunmayıb. Ümumdünya Səhiyyə Təşkilatının ilkin təsbitlərinə görə, bu variantın xəstəliyi keçirmiş insanlarda təkrarlanma potensialına malikdir.
“Omikron” variantını digər variantlarla müqayisədə qorxulu edən başqa bir xüsusiyyət, onun PCR testlərində dərhal aşkarlana bilməməsidir.
Bu çətin günlərdə hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və cəmiyyətin digər üzvlərini qorumaq üçün vaksin olunmalı, qəbul olunmuş sanitar-gigiyenik qayda və tələblərə qeyd-şərtsiz riayət etməli, başqalarını da belə davranışa dəvət etməlidir. Biz də vətəndaş olaraq, nizam-intizamlı davranmalı, tətbiq edilən qaydalarına ciddi şəkildə riayət etməliyik.
Əziz həmvətənlər, Biz birlikdə güclüyük deyərək çətin günləri geridə qoymaq öz əlimizdədir. Sizinlə daha sağlam və firavan günlər görəcəyimizə inanıram.