ABŞ səfiri Azərbaycana başsağlığı verib | DEFAKTO.AZ ABŞ səfiri Azərbaycana başsağlığı verib – DEFAKTO.AZ

ABŞ səfiri Azərbaycana başsağlığı verib

68

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib.

Defakto.az xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsində paylaşım edilib.

“Səfir Örl Litzenberger helikopter qəzasında həlak olanlara görə başsağlığı verir. Onların ailələrinə və dostlarına başsağlığı veririk”, – paylaşımda vurğulanıb.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir