Azərbaycanda COVID-19-la bağlı sertifikatlar təsdiqləndi | DEFAKTO.AZ Azərbaycanda COVID-19-la bağlı sertifikatlar təsdiqləndi – DEFAKTO.AZ

Azərbaycanda COVID-19-la bağlı sertifikatlar təsdiqləndi

80

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunma, əks göstəriş və sağalaraq immunitetə malik olmaya dair sertifikatlar təsdiqlənib.

Defakto.az “DEFAKTO.az”a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib.

Qərara əsasən, “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması Qaydası” təsdiqlənib.

Eyni zamanda “Peyvənd Sertifikatı”, “Əks-göstəriş Sertifikatı”nın forması”, “COVID-19-RT-PZR Analiz Nəticəsi Sertifikatı”nın forması” və “İmmunitet Sertifikatı”nın forması” təsdiqlənib.

Bu qayda ölkə ərazisində peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyindən sağalaraq immunitetə malik olan şəxslərə verilən təsdiqedici sənədlərin beynəlxalq səviyyədə tanınması, habelə dövlətlər tərəfindən verilmiş COVID sənədlərinin Azərbaycan Respublikasında tanınması məqsədilə beynəlxalq təcrübəyə uyğun olaraq hazırlanmışdır və ölkə ərazisində həmin sertifikatların tanınması qaydasını müəyyən edir.

COVID sertifikatlarının tanınmasının məqsədi Azərbaycan Respublikasının vətəndaşlarının, xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərin və onların ailə üzvlərinin, ölkəmizdə daimi və müvəqqəti yaşayan, Azərbaycan Respublikasında qaçqın statusu almış, habelə BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sərbəst şəkildə ölkəyə girişinin, ölkədən çıxışının və tranzit səyahət etmələrinin təmin olunmasıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir