Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı AzTV telekanalını sərt tənqid edib | DEFAKTO.AZ Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı AzTV telekanalını sərt tənqid edib – DEFAKTO.AZ

Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı AzTV telekanalını sərt tənqid edib

96

Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı AzTV telekanalını, dolayı yolla da Əməkdar artist Babək Niftəliyevi sərt tənqid edib.

Defakto.az xəbər verir ki, xalq şairi özünün “Facebook” səhifəsində AzTV-nin yaxşı niyyət güdən layihəsinin belə gülünc hala salınmasına təəssüfləndiyini bildirib. 

“Ənənəvi musiqi üçlüyü – tar və kamança ifaçıları, bir də əlində qaval olan müğənni… Çalıb-oxumaq üçün haranı seçsələr yaxşıdır? Zəngilan rayonunun işğalçılar tərəfindən dağıdılmış bir kəndini. Hərəsi bir uçuq divarın üstündə oturublar. Nə olar, burda da oxumaq olar. Düşündüm ki, indi savaşın gətirdiyi faciələr haqqında və ya bu kəndin harayına bənzər bir ifa səslənəcək. Ancaq mahnını dinləyəndə heyrətə gəldim.

Burada, düşmənin xaraba qoyduğu bu ağlar yurdda da son illər müsiqimizi işğal etmiş şit “diringi” əsəblərimi cırmağlamağa başladı. İnsan gözüyumulu və əhlikef olmalıdır ki, bir yurdun uçuq divarının üstündə, dağılmış bir kənddə oturub “Könüllər cəlb edən bu xoş mənzərə…” deyib oxusun. Görəsən bu üç sənət adamı ətrafa baxmırdılar? Düşünmürdülər ki, bu ürək dağlayan görüntüyə “xoş mənzərə” demək olmaz? AzTV-nin yaxşı niyyət güdən bu layihəsinin belə gülünc hala salınmasına təəssüfləndim…”, – deyə deputat qeyd edib. 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir