ATƏT PA-nın vitse-prezidenti və  Cənub-Şərqi Azay Quliyev Yunanıstandadı | DEFAKTO.AZ ATƏT PA-nın vitse-prezidenti və  Cənub-Şərqi Azay Quliyev Yunanıstandadı – DEFAKTO.AZ

ATƏT PA-nın vitse-prezidenti və  Cənub-Şərqi Azay Quliyev Yunanıstandadı

99

ATƏT PA-nın vitse-prezidenti və  Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev Yunanıstanda parlament, hökumət və siyasi partiyalarla silsilə görüşlər keçirib.

Defakto.az xəbər verir ki, bu barədə ATƏT PA-nın rəsmi saytında (https://www.oscepa.org/en/news-a-media/press-releases/press-2021/in-greece-special-representative-guliyev-highlights-regional-co-operation-on-common-challenges) məlumat verilib.

Məlumatda bildirilib ki,  Azay Quliyev noyabrın 23 və 24-də Yunanıstanın daxili işlər naziri Makis Voridis, Miqrasiya və əmək naziri Notis Mitraçıs, Parlamentin vitse-spikeri Karalampos Atanasios, Baş nazirin xüsusi nümayəndəsi Konstantin Karidis,  xarici işlər nazirliyinin baş katibi Temistoklis Demiris, əsas müxalifət partiyasının nümayəndəsi və sabiq xarici işlər naziri Corc Katrigalos və digər rəsmi şəxslərlə keçirdiyi görüşdə regional təhlükəsizlik və əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub.

Görüşlərdə, həmçinin, Qərbi Balkanlarda yaşanan son gərginlik, Yunansıstanda gələcək seçkilər, regional əməkdaşlıq imkanları diqqət mərkəzində olub. Afina ilə Skopya arasında Şimali Makedoniyanın ad məsələsinin danışıqlar yolu ilə həlli təqdir olunub, region ölkələrinin Avropa İttifaqına üzvlüyünün bu bölgənin gələcək inkişafı üçün zəmanət ola biləcəyi vurğulanıb. Azay Quliyev Bosniya və Hersoqovinada artan  gərginlik fonunda bölgə ölkələrinin daha yaxından əməkdaşlıq etmələrinin vacibliyini vurğulayıb və 2023-cü ildə Şimali Makedoniyanın ATƏT-ə sədrlik etməsinin Qərbi Balkanlarda problemlərin effektiv həlli baxımından  yeni imkanlar yaratdığını bildirib.

ATƏT PA-nın Xüsusi nümayəndəsi Miqrasiya və əmək naziri ilə noyabrın 24-də  keçirdiyi görüşdə  miqrasiya  sahəsində ATƏT PA ilə əməkdaşlığın dərinləşdirilməsi ətraflı müzakirə olunub. Bildirilib ki, qaçqın və məcburi köçkün problemi ATƏT ərazisində ən ciddi humanitar problem kimi qalmaqdadlır və  bu problemin səmərəli həlli üçün üzv ölkələr səylərini birləşdirməlidir.

Azay Quliyev nazirlər, parlament nümayəndələri və müxalifər partiyası ilə keçirdiyi görüşdə Yunanıstanda insan hüquqları, mətbuat azadlığı və qanunun aliliyi məsələləri, son vaxtlar bu  sahədə yaşanan problemləri və məhdudiyyətləri ətraflı müzakirə edib, bu problemlərin həllində ATƏT PA-ın dəstəyini və iştirakını təklif edib.

ATƏT PA-nın yaydığı məlumatda o da qeyd olunub ki, Azay Quliyev görüşlər zamanı iqtisadi və təhlükəsizlik məsələlərini, seçki islahatlarını yunan tərəfdaşları ilə müzakirə edib və mövcud çağırışların qarşısının alınmasında parlament diplomatiyasının rolundan bəhs edib.

Həmçinin bildirilib ki, Azay Quliyev ATƏT PA-nın Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi kimi ilk səfərini Yunanıstan edib və gələn il regionun digər ölkələrinə də anoloji səfərlər təşkil olunacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir