Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
Defakto.az xəbər verir ki, iclas Beştəpədə keçiriləcək.
Əsas müzakirə məsələləri daxili və xarici siyasətlə bərabər Qarabağ, Aralıq dənizi, Əfqanıstan və Suriyadakı son vəziyyət olacaq.
Bundan başqa, ölkə daxilində və xaricdə terrorçuluqla mübarizə sahəsində atılan addımlar da müzakirə mövzusu olacaq.