Səhiyyə Nazirliyi bu mesajla bağlı vətəndaşlara xəbərdarlıq etdi | DEFAKTO.AZ Səhiyyə Nazirliyi bu mesajla bağlı vətəndaşlara xəbərdarlıq etdi – DEFAKTO.AZ

Səhiyyə Nazirliyi bu mesajla bağlı vətəndaşlara xəbərdarlıq etdi

91

Son günlər Səhiyyə Nazirliyi adından çıxış edən kiberdələduzlar tərəfindən istifadəçilərə “WhatsApp” üzərindən “spam” mesajlar göndərilir.

Bu barədə Defakto.az saytına Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, mesaj göndərən şəxs Səhiyyə Nazirliyinin depo departamentinin insan resursları şöbəsinin baş koordinatoru Emil Hüseynov olduğunu iddia edir:

“Həmin şəxs vətəndaşların müxtəlif vakansiyalar üzrə müraciətlərinin müsbət dəyərləndirildiyini iddia edir və bunun təsdiqi üçün onlardan 58 manat ödəniş etməsini tələb edir. Bildiririk ki, Səhiyyə Nazirliyində bu adda şöbə fəaliyyət göstərmir və göndərilən mesajlar həqiqəti əks etdirmir”.

Nazirlik, həmçinin vətəndaşlardan xahiş edir ki, tanımadığı şəxslərdən gələn bu cür mesajlara inanmasınlar və heç bir halda ödəniş etməsinlər. Artıq aidiyyəti qurumlar bu mesajlarla bağlı məlumatlandırılıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir