“Xarici ölkələrdə insanlar pensiyaya çıxanda onların xoşbəxt günləri başlayır. Azərbaycanda isə kimsə pensiyaya çıxanda onun həyatının məşəqqətli dövrü başlayır”.
Defakto.az “DEFAKTO.az”a istinadən xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Əli Məsimli deyib.
Onun sözlərinə görə, Azərbaycanda ən böyük narazılıq pensiya və müavinət sahəsindədir.
Millət vəkili təklif edib ki, Azərbaycanda qadınların pensiya yaşının 65-ə çatdırılması prosesinə son verilməlidir.
Deputatın fikrincə, tez bir zamanda Vətən müharibəsində iştirak edən qazilərə müavinət təyin edilməlidir.