Deputat Musa Quliyev parlamentdə seçiciləri maraqlandıran sualı səsləndirib.
Defakto.az saytı modern.az-a istinadən xəbər verir ki, Musa Quliyev bu il davam edən qiymət artımlarının gələn il davam edib-etməyəcəyini qeyd edib.
Deputat bildirib ki, gələn il büdcəmizdə əməkhaqqı, pensiya, təqaüdlərin artırılmasını nəzərdə tuturuq:
“Amma biz gələn il inflyasiyanın qarşısını almaq üçün lazımi addımlar atmasaq, bu tədbirlərdən vətəndaşlarımız faydalana bilməyəcək. Dünyada hazırda çox ciddi ərzaq qıtlığı prosesi gedir. Ona görə də biz ilk olaraq ərzaq təminatımızı həyata keçirməliyik. Digər tərəfdən, yaxşı iş yeri yarada, yaxşı maaş verə bilsək, digər sosial təminatlara da ehtiyac qalmaz”.