Deputatlar Vaşinqtona gedir | DEFAKTO.AZ Deputatlar Vaşinqtona gedir – DEFAKTO.AZ

Deputatlar Vaşinqtona gedir

67

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov və qrupun üzvləri Asim Mollazadə, Erkin Qədirli və Nigar Arpadarai noyabrın 14-də Vaşinqtona yola düşəcəklər.

Defakto.az xəbər verir ki, deputatlarımızın Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən ABŞ-Azərbaycan parlamentlərarası əlaqələrinin gücləndirilməsi və gündəlikdə olan məsələlərin müzakirəsi məqsədilə bu ölkə Konqresinin Senatında, Nümayəndələr Palatasında, Dövlət Departamentində bir sıra görüşlər keçirməsi nəzərdə tutulur.

Səfər noyabrın 21-də başa çatacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir