Müğənni Dilarə Kazımova yeni klip çəkdirib.
Defakto.az xəbər verir ki, sənətçi “Olmaram” adlı yeni mahnısına ekran həyatı verərək sevənlərinə təqdim edib.
Klipdə müğənni bir-birindən fərqli obrazlarda olub. Dilarə açıq-saçıq səhnələrin yer aldığı ekran işi ilə ilin ən səs-küylü layihəsinə imza atıb desək yanılmarıq.
Kompozisiyanın sözləri və musiqisi Sheyh Ree-yə aiddir.
Klipin rejissorluğunu Nail Naiboğlu edib.