Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycana gəlib.
Müdafiə Nazirliyindən Defakto.az-a verilən məlumata görə, Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Bakıya gələn Hulusi Akarın başçılıq etdiyi geniş tərkibli hərbi nümayəndə heyətini qarşılayıb.
Türkiyə nümayəndə heyəti Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək.