“Bir ana kimi bu cür evliliklərə mən çox pis baxıram. Çünki o uşaq hələ körpədir, on dörd yaş nədir ki, o, nə həyatı, nə də özünü dərk etməyib”.
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Füruzə İbadova deyib. Müğənni valideynlərimizə səslənərək onları bu cür yanlış addımlar atmaqdan çəkindirməyə çağırıb:
“On dörd yaşında bir qızı ərə vermək yolverilməzdir. Bu bizlərə xas olan adət deyil. Adətən bu cür şeyləri Əfqanıstanda və Hindistanda edirlər. 8-10 yaşlı uşaqları orda kişilərlə nigahlayırlar. Yəni biz bunlara filmlərdə şahid olmuşuq. Bir ana kimi bu cür evliliklərə mən çox pis baxıram. Çünki o uşaq hələ körpədir, on dörd yaş nədir ki, o, nə həyatı, nə də özünü dərk etməyib. Lap çadırda qalsam, sürünsəm də qoy balalarım da mənimlə qalsınlar. Axı bu yaşda uşağı necə ərə vermək olar. İnsana həyat bir dəfə verilir və özü də çox mürəkkəb deyilən bir şeydir. Valideynlərimizə demək istəyirəm ki, bu cinayəti etməsinlər. Ən azından övladlarını fikirləşsinlər. 14 yaşlı qız 27 yaşlı oğlana ərə verilir. Oğlan hər şeyi dərk edir, amma qız yox, o, hələ dərk etmir ki, qarşısındakı kişidir və onun tələbatını ödəyəndən sonra dünyaya uşaq gətirə bilərmi? Tibbi cəhətdən bu yaşda qızın evlənməsi düzgün deyil. O, axı hələ ana olmağa hazır deyil. Bizim ölkədə belə bir hadisənin baş verməsinə çox üzüldüm. Validenlərimizə demək istəyirəm ki, övladınızdan bezmisiniz? Axı bunu siz dünyaya gətirmisiniz. Bunun bir adı var və o da uşağa qarşı cinayətdir”.
Qeyd edək ki, Azərbaycanın rayonlarının birində 14 yaşlı qızın 27 yaşlı oğlana verilməsinin qarşısı alınıb.
Şou
“Validenlərimizə demək istəyirəm ki, övladınızdan bezmisiniz?”
By DEFAKTOAvq 21, 2020, 19:11 axşam
281
Previous PostSiyavuş Novruzov həyat yoldaşı ilə toyda: Cərimənin artmasını tələb edirdi...
Next Post“Toya gedəndə sənətçinin sanbalı itir“ - Oksana