Uşaq dünyaya gətirən 11 yaşlı qızın qardaşı ilə bağlı YENİ XƏBƏR | DEFAKTO.AZ Uşaq dünyaya gətirən 11 yaşlı qızın qardaşı ilə bağlı YENİ XƏBƏR – DEFAKTO.AZ

Uşaq dünyaya gətirən 11 yaşlı qızın qardaşı ilə bağlı YENİ XƏBƏR

321

“Zorakılığa məruz qalaraq uşaq dünyaya gətirən 11 yaşlı uşağın qardaşı da müəssisəyə yerləşdirilib”.

Defakto.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Həşimov deyib.

M.Həşimovun sözlərinə görə, o, artıq agentliyin müvafiq müəssisəsindədir: “Azyaşlı Sosial Xidmətlər Agentliyi ilə aidiyyati dövlət orqanları və İmişli Rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı çərçivəsində, sığınacağa yerləşdirmə qaydalarına uyğun olaraq müəssisəyə gətirilib. Onun da psixo-sosial vəziyyəti qiymətləndirildikdən sonra reabilitasiyası istiqamətində fəaliyyətə başlanacaq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir