Hibrid avtomobilləri ƏDV-dən azad olunacaq | DEFAKTO.AZ Hibrid avtomobilləri ƏDV-dən azad olunacaq – DEFAKTO.AZ

Hibrid avtomobilləri ƏDV-dən azad olunacaq

78

Yeni hibrid mühərrikli nəqliyyat vasitələri idxalda ƏDV-dən azad olunacaq. ​

Defakto.az xəbər verir ki, bu barədə Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə bildirilir. 

Layihəyə əsasən, elektromobillər həm idxalda, həm də daxili bazarda satışda ƏDV-yə cəlb edilməyəcək. 

Məcəlləyə dəyişiklik Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə ediləcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir