Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirovanın əlindən bezib – həkim özünü qayçı ilə doğrayıb intihar etmək istədi | DEFAKTO.AZ Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirovanın əlindən bezib – həkim özünü qayçı ilə doğrayıb intihar etmək istədi – DEFAKTO.AZ

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirovanın əlindən bezib – həkim özünü qayçı ilə doğrayıb intihar etmək istədi

2773

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim intihara cəhd edib.

Defakto.az unikal.org-a istinadən xəbər verir ki, həkim laborant Əsədli Aynur Azad qızı özünü qayçı ilə doğrayaraq intihar etmək istəyib. Həkim yoldaşları onun intihar etməsinə mane olublar.

Aynur Əsədli məsələ ilə bağlı açıqlama verərək intihara cəhd etməsinin səbəbini açıqlayıb:

“İnstitutun direktoru Həqiqət Qədirova və şöbə müdiri Nuriyyə Səlimovanın böhtanlarından bezmişik. İnsanı nə qədər şərləyərlər?! Ötən həftənin cümə günü mən vaksinasiyaya getmişdim. Saat 12-də işə gəlmişəm. Mən işə gəlməmişdən öncə soyuducu xarab olub, reaktivlər istidə qalıb. Bu məsələlərə məsul şəxs isə şöbə müdiri Nuriyyə Səlimovadır. O isə təqdimatda yazıb ki, guya günah məndədir. Guya ki, mən reaktivlərin yerini dəyişməmişəm. Halbuki dövlətə ziyan vuran onun özüdür. Günah hamısı şöbə müdirindədir. Şənbə günü direktor Həqiqət Qədirova məni çağırıb, dedi ki, siz dövlətə ziyan vurmusunuz. Halbuki mən baş həkimə zəng vurub demişəm ki, soyuducu xarab olub, xəbəriniz var? O isə dedi ki, yox, şöbə müdiri bu barədə məlumat verməyib.

İnsana qarşı bu qədər böhtan olmaz. Direktor deyir ki, şöbə müdiri bu barədə saat 10-da məlumat vermişdi. Mən də dedim ki, baxın, özünüz özünüzü ifşa edirsiniz. Mən həmin gün işə saat 12-dən sonra gəlmişəm. Mütləq məni gözləmək lazım idi? Burada reaktivin yerini dəyişmək üçün adam yoxdur?”.

Qeyd edək ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova bir müddət öncə Aynur Əsədlini məhkəməyə verib. Məhkəmə çəkişməsinə səbəb A.Əsədlinin institutdakı problemlərlə bağlı Dövlət Başçısına məktubla müraciət etməsi olub.

Məhkəmə prosesi oktyabr ayının 21-də keçiriləcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir